Müğənni Niyam Salami duet ortağı Aynur Dadaşovaya evlilik təklif edib. Miraj.az xəbər verir ki, o, “Şourum” verilişində həmkarını sevdiyini açıqlayıb:
Niyam Aynurla evlənmək niyyətində olduğunu bəyan edib:
“Onsuz da hamı bilir ki, Aynurun xətrini çox istəyirəm, onu sevirəm. Həqiqətən istəyərm ki, Aynur kimi xanım həyatımda olsun. Niyə də olmasın? Onun qoxusundan bir dənədir. Müğənni xanımı daşımaq elə-belə adamın işi deyil. Onun gör bir dişinin qiyməti neçəyədir? Onun geyimini, hər şeyini mən etməliyəm. Ona elə bir gəlinlik seçməliyəm ki, dünyada bir dənədir. Aynurun dodağından heç kim öpə bilməz. Mən onun evinə girmişəm. Ev məscidlə eynidir. İlk dəfə Aynurun əlindən Quran aldıqdan sonra gəlib evdə namaz qılmışam. İlk əvvəl Aynuru telefondan, “İnstagram”dan uzaqlaşdıracam. “WhatsApp” olmaz”.
Aynur Dadaşova da həmkarının bu sözlərinə münasibət bildirib. O, bunları söyləyib: “Niyam bunu hər zaman deyir. Əvvəldən narazı olduğu məqamları da açıqlayıb. Niyam nə deyir, odur”.
Xatırladaq ki, Niyam Salami bundan əvvəl müğənni Səidə Sultana da evlilik təklifi etmiş, onu sevdiyini demişdi.