Türkiyəli məşhur cütlük Neslihan Atagül və Kadir Doğulu birgə eyni serialda rol alacaqlar.
Miraj.az yazır ki, serial “Gecenin Ucunda” adlanır və Star TV-də ekranlara gələcək. Neslihan “Macide”, Kadir isə “Kazım” obrazlarına həyat verəcək.
Ekran işində rol alacaq digər isimlərə də nəzər salaq:
Zuhal Olcay “Kazım”ın anası “Berrin”, Levent Özdilek “Berrin”in ərinə xəyanət edərək evləndiyi həyat yoldaşı “Tunç Kanbey”, Tuba Ünsal “Kazım”ın həyat yoldaşı “Nermin”, Bertan Asllani “Kazım”ın qardaşı “Cihangir” obrazına həyat verəcək. Serialda Bestemsu Özdemir “Kazım”ın Amerikadan yeni gələn qardaşı “Ahmet”in keçmiş nişanlısını, Gonca Yakut psixoloqu, Şeyda Bayram “Macide”nin yaxın rəfiqəsini, Şencan Güleryüz də “Zafer” obrazını canlandıracaq.
“Gecenin Ucunda” serialı bir roman əsasında ekranlaşdırılacaq. Roman Peride Celalın “ən gözəl eşq romanım” adlandırdığı eyniadlı əsər əsasında çəkiləcək.
Xatırladaq ki, Neslihan və Kadir cütlüyü 8 il öncə “Fatih Harbiye” adlı serialda da birgə rol almışdılar.
İyul ayının sonunda çəkilişlərinə start veriləcək olan “Gecenin Ucunda” yeni sezonda Star TV’də.