Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti, tarzən Ramiz Quliyevlə görüşüb. Miraj.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Elnur Əliyev Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli professor, tarzən Ramiz Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edib. O, yubilyara möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzu edib.
R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.