Nazilə Səfərli ilə Fatimə Fətəliyeva məhkəmədə görüşəcək

Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal böyürür. Miraj.az xəbər verir ki, Nazilə Fatiməni məhkəmə ilə hədələyib.

Fatimənin dediklərinə sosial şəbəkə hesabında münasibət bildirən Səfərli, rəqqasənin ondan üzr istəməsini tələb edib. Əks halda o, Fatiməni məhkəməyə verəcəyini söyləyib:

“Guya, neçənci ildən onun mağazasından ərəb paltarı götürmüşəm. 2000-ci ildə 1 yaşında oğlum var idi, heç bir toya getmirdim, evdar qadın idim. 2005-ci ildən yuxarı deyirsə, toyda tamada qismində çıxış edirdim, o kostyuma ehtiyacım ola bilməzdi. Xınayaxdıya 2013-cü illərdə getmişəm. Fatimənin xonça mağazası var idi, geyimləri kirayə verirdi. Biz də orda komandamız üçün paltar götürürdük. Fatimənin oriental rəqs etdiyini indi bilmişəm.

Mən hər zaman hünərli bir adam olmuşam, arıq olmamışam. Fatimənin paltarı mənə necə olacaq? Biz məclisə gedəndə 8 oriental rəqs geyimi lazım idi. Hərəsini bir rəqqasədən alsaq, arxamızca deyəcəklər hara gedirdi?

Fatimə, sən məhkəmə predmeti olan şərəf və ləyaqətin alçaldılmasını dilinə gətirdin. Mən əsgər, müəllim anasıyam. Uşaqlarımın pis vərdişləri yoxdur. Elə oğlanların anası gedib gizlində oriental oynamaz. Sənin sözünə inanan sən ağılda olan insanlar olar. Bütün hallarda üzr istəməlisən. Özünə çəki-düzən ver və elə “İnstagram”da üzr istə, ya da dediklərini sübut elə. Səndən kostyum götürmüşəmsə, hanı sənin çekin? Dediyin ili yadına sal, həmin ilin vergi hesabına gir, gör neçəyə vermisən? Sən nə iş gördün Fatimə? Bir əsgər anasına dil uzatdın. Oğlumu əsgər göndərdim deyib, bağırmamışam. Orduya oğul verməmişəm ki, burada kimsə mənə əxlaq dili uzatsın, əsgər anasını bu ölkə qoruya bilmirsə, rəqqasələr dil uzadırsa, olmaz… Dövlətin qanunu və məhkəməsi var, gələrsən ora. 28 marta qədər məhkəmələr bağlıdır. Martın 28-də doğum günü keçirirsən, həmin günü sənə hədiyyəm məhkəmə olacaq. O günə qədər də üzr istəmək şansın var. Elə də, belə də üzr istəyəcəksən.

Bu gün anan mənə zəng etmişdi ki, barışmalısınız. Mənə sual verdilər oğlunun toyuna Fatiməni çağıracaqsan? Dedim ki, düşmən balası deyil ki, niyə çağırmıram… İndi xəbərim oldu ki, məndən küsülü imişsən. Küsəndə bizə xəbər elə, barışmaq fikrinə düşəndə yenə zəng vur. Amma ekrana Nazilə Səfərli deyə, namus ləkəsi ata bilməzsən”.

Fatimə üzr istəməyəcəyini açıqladı

Fatimə Fətəliyeva da Nazilənin bu sözlərindən sonra “İnstagram”da canlı yayım açıb və qarşı tərəfdən üz istəməyəcəyini söyləyib. “Səndən həyatımın sonuna kimi üzr istəməyəcəm” deyən Fətəliyeva söhbətin məhkəmədə davam edəcəyini vurğulayıb. Sənətçi əlavə edib ki, Nazilə dediyi sözlərdə onu nəzərdə tutmayıbsa, çıxsın etiraf etsin kimi deyirdi:

“Başqa rəqqasədirsə, onun adını çəkməyə cürətin varsa, de. De ki, sənin böyüyünə, rəhmətlik atana, nəslimə toxunulmayıbsa, deyim, Nazilə səhvəm. Onun dediyi klinikadan söhbət gedirsə, həmin rəqqasə mənəm. İki il əvvəl dəvət ediblər və reklam etmişəm. Qarşılığında mənə gözəl qulluqlar ediblər. Beş aydır əlaqəm kəsilib onlarla, amma onlarla bir neçə tanınmışı tanış etmişəm. Bu yaxınlarda ora zəng edib müraciət etdim ki, yanınıza gəlim. Cavab verdilər ki, dəyişiklik var, hər şey ödənişlidir. Mənə bu söz toxundu… Zəng vurdum, dedilər reklamla işləmirəm, ödənişdir. Amma sonra gördüm reklam edən olub. Mən elə insan deyiləm ki, kobudluq edim.

Nazilə, deyirsən əsgər anasıyam. Allah əsgərlərə, qazilərə can sağlığı versin, şəhidlərə rəhmət eləsin. Biz qanunları da, yerini də bilən adamıq. Mənim Hüseyn balam da gələcəyin əsgəridir. Bəs, sən sözü deyəndə, fikirləşmirsən ailəsi, böyüyü var? Mənim rəhmətlik atama toxunursan? Sənə deyiləndə məhkəmə ilə hədələyirsən? Sən başlamısan mənim ailəmə toxunmağa. Məhkəmədə görüşəndə oturaq danışaq… Deyirsən ərəb rəqsi gözəldi… Sən gəlib mənim mağazamdan geyimi götürmüsən, orada hər ölçüdə geyim olub. Onda satmamışam, pul da almamışam. Gözümün şahidi olmadığımı danışmaram. Sən isə görmədiyini, eşitdiyini haqqımdan danışıb, ailəmə toxunursan. Bəsdir…”.

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı bu sözlər səbəb olub: “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”.