Tanınmış tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Miraj.az xəbər verir ki, hadisə ötən gecə saatlarında “Altun” restoranında baş verib.
Naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bel nahiyəsindən bıçaqlanıb.
Sənətçinin oğlu Məhəmməd hadisənin necə baş verməsindən danışıb. O bildirib ki, məclisdə 10-dan çox insan onlara hücum edib:
“Mübahisə heç nəyin üstündə başladı. Mən də atamla məclisi tərk etmək istədim. Restoranın dəhlizində dayanmışdıq, bir neçə adam bizə yaxınlaşdı və dava etdi. Sonra yenə də başqa adamla üstümüzə gəldi. Atamı bıçaqladılar, kürəyindən yaralandı. Mənim də əlimdə bir neçə bıçaq sıyrıqları var. Məndə ciddi problem yoxdur, yaxşıyam. Atam isə reanimasiyadadır”.
Məhəmməd bildirib ki, atası hazırda 3 Saylı Şəhər Klinik Xəstəxanasındadır:
“İndi onu başqa bir xətəxanaya köçürəcəyik. Bilmirəm necə olacaq. Hələ həkimlər bir söz demir”.