Natavan Həbibi Nadirlə Fatiməyə səsləndi: “Qudurmayın!”

Müğənni Natavan Həbibi son günlərdə onun haqda danışan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyevaya cavab verib. Miraj.az xəbər verir ki, o, sosial şəbəkədə hesabında bunları yazıb:

“Mənə əziz olmayan şou əhli, sözüm sizlərədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət qoyun.

Kamera qarşısında şirə dönməyin, tanıyırıq hamınızı. Mənim efirə çıxmağımın ilk səbəbi elə siz olacaqsınız. Sizi tanımayanlara sizi tanıdacağam. Maskalarınızı çıxardın! Haqqımı, haqqınızı istədiyim yerdə, haqqıma girdiniz. Allah ağıl versin. Sizə elə bu da azdır. Sizi adam, insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Qulluqçu, kloun vəziyyətində. Özünüz özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Öz haqqınızı tapdaladınız, bizə qarşı çıxmaqla. Nə gündəsiniz?”

Xatırladaq ki, müğənnilər Xatirə İslam və Natavan Həbibi verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən qonorar istəyib. Bir neçə gün əvvəl Fatimə Fətəliyeva onların bu tələbini tənqid edib. O, sənətçilərin ünvanına “Siz əlçatmaz deyilsiniz” sözlərini işlədib.

Nadir Qafarzadə isə Həbibi ilə bağlı açıqlamasında bunları söyləyib: “Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır. Bir vaxtlar oğluma deyirdim, toy edəndə kimi çağırım? Deyirdi, Natavanı. Ona dedim ki, oğlum toyunda səni istəyir. Gəlmədi… Ona tövsiyyə edirəm: düşün, daşın, yaşın gedir. Mənim 50, sənin yaşın 40-a çatıb. Gənclik gedib, kaprizləri qoy kənara, dostları yığ başına. Soyuqqanlılıq var o qızda. Əslində elə deyil, amma özü elə obraz yaradır. Oturub danışanda elə qəşəng söhbət edir ki… Natavan, ekranda özünü elə göstərirsən ki, tamaşaçını itələyirsən. Bir az “mənə gəl” et”.