Nahidə Orucova: “Ailə qurmaq haqda düşünmürəm, heç istəmirəm”

Əməkdar artist Nahidə Orucova ailəsini dağıtdığı üçün peşman olduğunu söyləyib. Miraj.az xəbər verir ki, o, bu barədə “MTV maqazin”ə açıqlamasında deyib:

“Düşünürdüm, yaxşı olacaq. Amma iki qoçun başı bir qazanda qaynamaz. Səhnə adamı ilə ilə ailə həyatı qurdum, amma bir-birimizi başa düşmədik. Fikirləşirdim ki, iş yerimiz, işimiz, düşüncəmiz bir olar. Amma olmadı, ailə qurduğum insan teatrdan getdi. Məni də uzaqlaşdırmağa çalışdı, bacarmadım. Qəbul etdim ki, təkəm. Sevdiyim məxluq teatrdır. İndi fikirləşirəm ki, gərək ailəmdən möhkəm yapışardırm. Sənətdə də olardım, ailəmi də qoruyardım”.

Nahidə Orucova yenidən ailə həyatı qurmaq istəmədiyini də bildirib:

“Ailə qurmaq haqda düşünmürəm, heç istəmirəm. Mənə belə rahatdır. Aktyor azad bir quşdur. Nə qədər sıxsalar, çərçivəyə salsalar, vuruşar, dayana bilməz”.

Serial və filmlərin hazırki durumundan gileylənən aktrisa “Kimi gəldi götürüb çəkirlər, ona görə də serial və filmlərimiz keyfiyyətsizdir” sözlərini də dilə gətirib.