Nadir Rüstəmli Madridə gedir

Azərbaycanı “Eurovision”da təmsil edəcək Nadir Rüstəmli İspaniyaya gedir. Miraj.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

O bildirib ki, aprelin 15-də və 16-da Madriddə çıxış edəcək. Nadir burada “Eurovision”da səsləndirəcəyi mahnısını təqdim edəcək.

“İspaniyada bizə uğurlar arzulayın” deyə, Nadir izləyicilərinə səslənib.

“Eurovision” mahnı müsabiqəsi bu il mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək. O, ikinci yarımfinalda dördüncü olaraq səhnəyə çıxacaq.