Nadir Rüstəmli İsrailə gedəsi olmadı

Azərbaycanı “Eurovision”da təmsil edəcək Nadir Rüstəmli İsrailə səfərə getməli idi. Miraj.az xəbər verir ki, onu bu səfəri təxirə salınıb.

Bu haqda Nadir özü məlumat yayıb. Müğənni bildirib ki, son dəqiqədə səfər təxirə salınmalı olub:

“Məni “İsrail calling”də gözləyən hər kəsə təəssüf hissi ilə demək istəyirəm ki, səfərim son dəqiqədə təxirə düşdü. Mən gəlib performansımı göstərə, təəssüratlarımı bölüşə, sevənlərimi qucaqlaya və dəvətdəki gözəl insanları görə bilməyəcəm. Gözəl Təl-Əvivdə deyiləm, amma sizin üçün oxuya bilərəm. Çünki bizim hamımız üçün musiqi önəmlidir. Elə deyilmi?”.

“Eurovision” mahnı müsabiqəsi bu il mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək. O, ikinci yarımfinalda dördüncü olaraq səhnəyə çıxacaq.