Azərbaycanı “Eurovision-2022” mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmli səhnəyə ikinci yarımfinalda 4-cü çıxacaq. Miraj.az xəbər verir ki, bu, İtaliyanın Turin şəhərində müsabiqəsinin yarımfinalında iştirak edən ölkələrin çıxışlarının sırasını müəyyən etmək üçün atılan püşkatma zamanı məlum olub.
Belə ki, N.Rüstəmli mayın 12-də, ikinci yarımfinalda 4 nömrə altında mahnısını səsləndirəcək.
Birinci yarımfinalın sıralaması belədir:
- Albaniya
- Latviya
- Litva
- İsveçrə
- Sloveniya
- Ukrayna
- Bolqarıstan
- Niderland
- Moldova
- Xorvatiya
- Danimarka
- Avstriya
- İslandiya
- Yunanıstan
- Norveç
- Ermənistan
İkinci yarımfinal:
- Finlandiya
- İsrail
- Serbiya
- Azərbaycan
- Gürcüstan
- Malta
- San Marino
- Avstraliya
- Kipr
- İrlandiya
- Şimali Makedoniya
- Estoniya
- Rumıniya
- Polşa
- Monteneqro
- Belçika
- İsveç
- Çexiya
Xatırladaq ki, Nadir Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək.
Yeri gəlmişkən, Nadir “Youtube”-da yayımlanan “Eurovision Turkey” kanalına müsahibə verib. Müğənni müsabiqəyə hazırlğından bəhs edib:
“Gözəl, yorucu keçir. Dayanmadan çalışıram. Amma gözəl yoruculuqdur. Bu, mənim üçün xəyallarımın gerçəkləşməsi deməkdir. Çünki uşaqlıqdan “Eurovision”a getməyi xəyal edirdim. Nadir artıq öz həyatını unutmağa başlayıb. Özümü bir qrup formasında görürəm. Fiziki olaraq yorulmuşam. Əvvəlcədən də bilirdim ki, çətin olacaq. Amma hadisənin içində olanda bunu anlayırsan, xoşdur. Xəyalımdır, çətinliklərə dözməyə məcburam”.
O, müsabiqədə bəyəndiyi mahnılardan da söz açıb: “Hər kəs rəqibimdir. Ən bəyənmədiyim mahnı belə mənə rəqib ola bilər. Bəyənmədiyim mahnı yoxdur, amma daha çox bəyəndiyim var”.
“Eurovision-2022” mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək.