Nadir Qafarzadə və Kərim Abbasovdən xəyanət açıqlaması

Müğənnilər Nadir Qafarzadə ilə Kərim Abbasov kişi və qadın xəyanəti barədə fikirlərini bölüşüb. Miraj.az xəbər verir ki, onlar “MTV Maqazin”ə açıqlama veriblər.

Nadir Qafarzadə bir vaxtlar özünün də xəyanət etdiyini gizlətməyib:

“Hansı nəsildə kişi var ki, heç vaxt xəyanət etməyib? Ya da edib, indi etmir… Harada insan, qadın, kişi var, mümkün deyil. Xəyanətkar gəlib demir ki, etdim. Edir… Dünən də var idi, bu gün də var, sabah da olacaq.

Bəlkə də xəyanət etmişəm… Cavanlıqda etmişəm. Həyat yoldaşım bilib. Amma evliliyə qədər olub. Bu da xəyanət sayılmır. Demirəm bundan sonra etməyəcəm. İnsanıq, şeytan bizi yoldan çıxarır”.

Kərim Abbasov isə xəyanətə görə ailə dağıdan qadınları tənqid edib:

“Kişi edib, qadın bağışlamalıdır. Kişi istədiyinə çatır, sonranı düşünmür. Kişini bağışlamaq olar: yaxşı kişidirsə, ailəsinə baxırsa… Bir xətadır edib. Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?

Mən də nəsə etsəm, evdə bilsələr, ailəm dağılar. Yol vermərəm, onu yola gətirə bilərəm. Amma bir dəfə. İkinci dəfə etsəm, deyəcək get”.