Müğənni Nadir Qafarzadə həmkarları Nigar Camal və Rəqsanə İsmayılovanın vannada çəkdirdiyi kliplərdən danışıb. Miraj.az xəbər verir ki, o, “MTV maqazin”ə açıqlamasında Rəqsanənin görüntüdə çılpaq olmasını dəstəkləyib.
İfaçı ad çəkməsə də, Nigarı tənqid edib: “Biz desək “Nigar, Rəqsanə, etmə”, yenə edəcəklər. Onlara xoşdur. Heç kim qınaqdan qorxmur. Rəqsanə vannaya giribsə, çılpaq olmalısan. Palto və paltarla vannaya girmirlər”.
Nadir Qafarzadə Xalq artisti Faiq Ağayevin yarıçılpaq fotolarından da söz açıb, O, heç vaxt özünün belə addım ata bilməyəcəyini əlavə edib:
“Faiq Ağayev özünü elə görmək istəyib. Mən özümü çılpaq görmürəm. Dənizdə, hovuz ətrafında çılpaq görürəm özümü. Amma kamera qarşısında olmaz. El, cəmiyyətin qınağından qorxuram. “Filankəs nə deyər” düşünürəm. Amma səhvəm, bəsdirin xala, qonşu, filankəsi düşündük. Faiq və digərlərinin etdiyinə heyranam”.
Qafarzadə həmkarlarının verilişlərə getmək üçün telekanal rəhbərlərindən qonorar istəməsi məsələsinə də toxunub. O, bu məsələdə də ifaçılara haqq qazandırıb:
“Haqlıdırlar. İnsan öz haqqını, əməyini tələb edir. Buna aqresiv yanaşma, hörmət göstər. Çağırma, amma müdaxilə etmə. İstəsəm də, olmayacaq, ağır yerimi yüngül etmək istəmirəm”.