Müğənni Nadir Qafarzadə bundan sonra müsahibə verməyəcəyini deyib. Miraj.az xəbər verir ki, o, bu haqda “Şourum”a açıqlamasında bildirib.
Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımın ona qadağa qoyduğunu söyləyib:
“Söz vermişəm daha müsahibə verməyəcəm. Üzümün suyu gedib. Evdə arvad deyir, “səndən boşanacağam”. Deyir, “danışma, “İnstagram”da səni təhqir edirlər, mən və uşaqlar əsəbiləşir”. Uşaq deyiləm, yetəri qədər yaşım var. Mən oxuyanam”.