Xalq artisti Nəzakət Teymurova özünə ad günü keçirib. Miraj.az xəbər verir ki, 50 yaşını qeyd edən xanəndə sosial şəbəkədə paylaşımlar edib.
Nəzakət Teymurova qızı Nigarın ona verdiyi hədiyyəni yayımlayaraq bunları yazıb:
“Nigarımın doğum günümdə mənə hədiyyəsi… Halbuki həyatımın ən böyük hədiyyəsi elə Nigar özüdür. 50 ilimin böyük hissəsini Azərbaycan Milli Musiqisinə həsr etdim. 100 dəfə həyata gəlsəydim, yenə də həyatımı bu sənətə həsr edərdim. Doğum günümlə əlaqədar saysız-hesabsız təbriklərə görə bütün sənət dostlarıma, tələbələrimə, doğmalarıma təşəkkür edirəm”.
Xanəndə özəl gününü dostları ilə birlikdə qeyd etdiyini vurğulayıb. O, rəfiqəsi, aparıcı Ceyran Rəhimova ilə görüntüsünü yayımlayaraq bunları qeyd edib:
“Dəyərlim, əzizim, gözəl bacım, çox sağ ol, bugünkü gün üçün. İllərin sınağından keçmiş gözəl gözlüm, hər şey üçün minnətdaram sənə”.