Nəsrin Cavadzadə Şuşada reklama çəkildi, Bakıda fotosessiya etdirdi

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir neçə gündür Bakıdadır. Miraj.az xəbər verir ki, aktrisa ötən gün paytaxtda gəzintiyə çıxıb.

Nəsrin eyni zamanda fotolar da çəkdirib. Heydər Əliyev Mərkəzi, Dənizkənarı Bulvar və İçərişəhərdə olan aktrisa şəkillərini “İnstagram hesabında yayımlayıb.

Cavadzadə paylaşımına “Şəhərlərin gözəli, gözəllərin şəhəri – Bakı” qısa şərhini yazıb.

Xatırladaq ki, Nəsrin Cavadzadə bu səfəri zamanı Şuşaya da baş çəkib. Onun səfərinin məqsədi reklama çəkilmək olub.

Aktrisa Bakıda stilist Elnur Həsənovla da bir araya gəlib. O, saç və makiyajını Elnurun komandasına həvalə edib. Cavadzadə həmin görüntüləri də sosial şəbəkə hesabında yayımlayıb.