Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə “İnstagram” hesabındakı son paylaşımı ilə gündəmə gəlib.
Miraj.az xəbər verir ki, aktrisanın paylaşdığı yeni fotolarına qeyd etdiyi şərh diqqət çəkib.
Aktrisa həmkarı Gökhan Alkan ilə sevgili idi. Bir müddət öncə Gökhan Nəsrini “İnstagram”da izləmədən çıxmış və birgə fotolarını silmişdi. Nəsrin isə həm Gökhanı izləyir, həm də fotoları saxlayırdı. Günlər öncə Nəsrin də Gökhanı izləmədən çıxmış və fotoları silmişdi. Beləcə ikilinin ayrılığı özünü təsdiqləmiş oldu.




Bütün bunlardan sonra Nəsrin Cavadzadə “İnstagram” hesabında fotolarını paylaşıb və bu sözləri qeyd edib: “Bütün … – ları (qeyri-etik ifadə) geridə qoyduğunuz bir bazar günü olsun”. Cavadzənin bu sözləri Gökhan Alkana atdığı ehtimal olunur.
