Murad Arif açıqlaması ilə gündəmdə

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabındakı şərhi ilə gündəmə gəlib. Miraj.az xəbər verir ki, sənətçi “Qurban bayramı” ilə bağlı bəzi paylaşımlara irad bildirib:

“Erkək qoyunları trans kimi bəzəmək günü deyil. Artıq sakitləşin. Ümumiyyətlə, belə gündə qoyun şəkillərini, xüsusilə də kəsilmə anlarını çəkib paylaşmaq etik deyil. Sakitcə qurbanınızı kəsib, imkansızlara paylayın. Olmur?”