Müğənni Rəhim Rəhimli vəfat etdi

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib. Miraj.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev, eləcə də prodüser Tarix Əliyev (Tolik) “İnstagram” hesabında yazıblar.

İfaçının ölüm səbəbi açıqlanmayıb. Bir sıra məşhurlar da Rəhim Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi. O, bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib. Lakin onun son dövrlər qara ciyər serozundan əziyyət çəkdiyinə dair də məlumatlar paylaşılır.

Allah rəhmət eləsin!