Miri Yusif ilə Sevinc Musayeva məhkəmədə barışdı

Xaq artisti Miri Yusif ilə müğənni Sevinc Musayeva arasındakı məhkəmə prosesi başa çatıb. Miraj.az xəbər verir ki, bu barədə Sevinc Musayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, hadisəni yanlış anladığını açıqlayıb: “Həm yaxşı, həm də pis mənada təəccüblənmişəm. Miri Yusiflə bağlı videonu götürdüm, onun heç bir günahı yoxdur. Günahkar tərəfin kim olduğunu biləndə pis oldum. İki müğənnini üz-üzə qoymaq nə dərəcədə doğrudur? Miri Yusif məni məhkəməyə verdi. Məhkəməyə bir gün qalmış ev sahibi zəng etdi ki, toyda sənin səsini biz kəsdik, Miri Yusif yox. Miri Yusifi mən çox səmimi və yaxşı mənada tanıdım. Bu işə ciddi yanaşdı, məhkəməyə gəldi və biz üz-üzə danışdıq. Səmimi insan olduğunu gördüm. Əlimi sıxdı ki, mən yaxşı insanam. Dedi ki, siz oxuyurdunuz, mən də oturub vaxtımı gözləyirdim. Ev sahibi niyə belə etdi, bilmədim. Yayımladığım videoda bəzi sözlər demişəm, təhqirdir. Təhqirdisə boynuma alıram və geri götürürəm sözlərimi.

Miri Yusif gəldi, əlimi sıxdı və onu anladım. Ev sahiblərinə demək istəyirəm ki, müğənniləri yığıb ora tökəndə diqqətli olun. Təşkilatçı qoyun. Miri Yusifin burada heç bir günahı yoxdur, gözəl xasiyəti var. Kaş o toyun sahibi qazi olmasaydı… Belə hərəkət etdilər, gərək anında deyərdilər. Ona görə boynumuz qıldan incədir. Vaxtında desəydilər, iş məhkəməyə gəlib çatmazdı”.

Xatırladaq ki, Sevinc Miri Yusifin toyda onun mikrofonunu bağlatdırdığını iddia etmişdi.