Manaf Ağayev Vasif Məhərrəmlini sildi, Sərxan Kərəmoğlu onu hədələdi

Müğənni Manaf Ağayev əməkdar artist Vasif Məhərrəmli ilə bağlı maraqlı açıqlama verib. Miraj.az xəbər verir ki, “Səhər mərkəzi” verilişində Manafa “Güvəndiyim dağlar, sənə də qar yağarmış” atalar sözünü hansı sənət adamına şamil edəcəyinə dair sual verilib.

Ona Vasif Məhərrəmli, Afət FərmanqızıMətanət Əsədovanın adı təqdim edilib. Manaf isə bu suala “Hamısına… Amma birinin adını çəkirəmsə, Vasif Məhərrəmli” cavabını verib.

Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:

“Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. “Dost” sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiəni hər zaman müdafiə etmişəm, yenə də pisləmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki… Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam”.

Manaf Vasifi “İnstagram” hesabında izləmədən də çıxarıb. Məhərrəmli də ona eyni addımla cavab verib. Hətta Vasif həmkarı həbs olunan zaman ona dəstək üçün etdiyi paylaşımı da səhifəsindən silib. Manafın izləmədən sildiyi digər bir ifaçı dostu isə Mətanət Əsədova olub.

“Manaf, üzünə “kislota” töküb səni yanıdıraram”

Manaf digər sənət dostu Sərxan Kərəmoğludan da inciyib. O, Ağayevlə fotosunu “İnstagram” hesabında paylaşaraq sənətçinin ondan incidiyini bildirib:

“Gözünüz aydın, Manaf məndən də küsüb. Manaf, sənin üçün Vasif deyiləm. Gələrəm Bakıya, üzünə “kislota” töküb səni yanıdıraram. Sənin haqda pis bir şey yazmamışam. Buradan sənə bəyan edirəm ki, yazdıqlarımı savadlı adama göstər və o sənə düşmən, yaxud da dost olduğumu desin. Sən qardaşımsan və məndən üz döndərməyinə razı ola bilmərəm. Elə yaşımdır ki, əziz bildiklərimi itirə bilmərəm. Vaxtı ilə çox itirdim, artıq yetər”.

Xatırladaq ki, Manafın həbs olunduğu günlərdə Sərxan Kərəmoğlu müğənniyə yazılan tənqidi şərhlərə sosial şəbəkədə belə münasibət bildirmişdi:

“Qanun qarşısında hər kəsin boynu qıldan incədir. Heç kim “genələ” və insanların hissi ilə oynaya bilməz. Təbii ki, o torpaqlarda şəhid olan qardaşlarımızın ailələri də baxıb qıcıq ola bilər, minalardan təmizlənməyən yerlərdə partlayış da ola bilər. Mən qanunla tam razı…

Ancaq bəzi səhifələrdə yazılan fikirlərə münasibətim çox pisdir. Manaf özü, ya övladları özbaşına deyildi ki, vətən müharibəsi vaxtı əlinə silah alıb ön cəbhəyə getsin. Bu dövlət qanunlarla idarə olunur və ordumuz düzgün döyüş sayəsində qalib olub. Manafın atılan dırnağı olmayanların əlinə fürsət düşüb, yazın ağzınıza gələni… Manafın ailəsinə isə bu günlərdə dözüm arzu edirəm”.

Xatırladaq ki, Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Sənətçi başına gələn həmin hadisədən sonra bir çox sənət adamının onu məyus etdiyini açıqlayıb.