Manaf Ağayev 15 sutka həbs olundu

Müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Miraj.az xəbər verir ki, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində Manaf Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.