Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə barışıb. Miraj.az xəbər verir ki, bu barədə Canan sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, sənətçidən üzr istədiyini və artıq məhkəməyə ehtiyac qalmadığını bildirib:
“Müqəddəs Ramazan bayramı günündə Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, bir-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi.
Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin”.
Xatırladaq ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilib.