Məleykə Əsədova şəkillərini fotoşop edir? – VİDEO

Xalq artisti Məleykə Əsədova fotolarını fotoşop etməsi barədə iddialara münasibət bildirib. Miraj.az xəbər verir ki, aktrisa “MTV maqazin” proqramında belə fikirlər səsləndirənlərə əsəbiləşib:

“Heç acığım gələn adama belə sözlər yazmaram. Boş adamlardı, oturub yazırlar. Öz zehninidə, düşüncəsində olanı yazırlar. Özləri fotoşop edirlər, ona görə yazırlar. Ürəyin parlaqdırsa, gözəldirsə, üzünə vuracaq. Gözəllik qalıcı deyil. Nur qalıcıdır. Nur getdikcə üzə vurur, yaşlandıqca insan nurlanır.

Qara rəngin özündə belə gözəllik görürəm. Hamımızın mənfisi də, müsbəti də var. Allah mənə o düşüncəni verib ki, insanın ən gözəl yerini görür, xarakterini axtarıram. Qəlb qırmaq olmaz”.