Lətafət ikinci dəfə evlənir?

Tanınmış aparıcı Lətafət Ələkbərova növbəti dəfə ailə quracaq. Miraj.az yazır ki, bununla bağlı o, “İnstagram”da məlumat paylaşıb.

Evlənəcəyi bəylə öz əlinin fotosunu paylaşan Lətafət ona “hə” dediyini bildirib. Nişan üzüklərinin də yer aldığı fotoda, qırmızı lentli şirinçay stəkanı diqqətdən qaçmayıb.

Həmçinin o, nişanlısının baş hərfinin “R” olduğunu da qeyd edib. Lakin daha sonra o, bunun 1 aprel zarafatı olduğunu bəyan edib.

Qeyd edək ki, aparıcı daha əvvəl ailəli olub. Onun bir qız övladı var.