Əməkdar artist Könül Kərimova yenidən aparıcılıq edəcək. Miraj.az xəbər verir ki, sənətçi “Xəzər TV”də çalışacaq.
Onun verilişinin anonsu artıq sosial şəbəkədə də yayılıb. Könül Kərimova tezliklə “Xəzər axşamı” adlı proqramla tamaşaçı qarşısına çıxacaq.
Xatırladaq ki, sənətçi uzun müddət “Lider” telekanalında “Bir könüldən” verilişinə aparıcılıq edib.
“Xəzər axşamı”nın ilk anonsu ilə sizi də tanış edirik: