Müğənni Kərim Abasov həmkarı son aylarda ciddi tənqidlərlə üzləşən Türkan Vəlizadəni müdafiə edib. Miraj.az xəbər verir ki, o, Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadənin Türkanı tənqid etməsinə münasibət bildirib.
“Şourum”a açıqlama verən Kərim Abbasov Tünzaləni bəyənmədiyini deyib:
“Türkan öz janrında oxuyur. Buna görə durub, onu vuraq? “Məndən yoxdur, oxumağım bir nömrədir” demək nəyə lazımdır? Sevda və Tünzalə xanım kimi ifaçılar çox olsaydı, ortada onlar görünməzdilər. Sevinsinlər ki, Türkan və başqaları var, onlar da seçilir. Sevda Ələkbərzadənin ifasına saatlarla qulaq asaram. Amma Tünzalə Ağayevanın mahnısına qulas asa bilmərəm, əsəblərim gərginləşir. Zövqümdə deyil. Bir mahnısına qulaq asanda yoruluram, tez dəyişirəm. Burnunda etdiyi boğazlar mənə qıcıq verir. Ona qulaq asanda ətim ürpəşir. Deyirəm, yenə? Neçə il dərs alıb, amma vurduğu boğazları düzəltməyib. Kiminsə ifasına “faciə” deyirsənsə, mən də bu sözü sənə deyirəm. Radioda belə səslənəndə dəyişirəm, əsəblərimə toxunur”.
Xatırladaq ki, Tünzalə Ağayeva Türkanın ifasını “faciə” adlandırmışdı.