Müğənni Kərim Abbasov depressiyaya düşüb. Miraj.az xəbər verir ki, o, “Günün sədası” proqramında son günlər evə qapandığını bildirib:
“Heç özüm də bilmirəm necəyəm. Yalandan deyim, yaxşıyam? Yaxşı deyiləm, depressiyadayam. Çox pis an yaşayıram. Evə qapanmışam, evdən küçəyə çıxmıram. Ona görə də kimdənsə, “necəsən” sözünü soruşmaq istəmirəm. Yüküm o qədər çoxdur ki, başqasının ağrısını eşitmək istəmirəm. Gülürəm ki, guya hər şey yaxşıdır. Amma yaxşı deyil. İstəyərəm Azərbaycandan bir illik gedim. Bütün neqativi burada qoyum, çıxım gedim. Vallah, getmək istəyirəm. Evdə deyirəm ki, bir də görəcəksiniz yığdım əşyalarımı getdim”.