Kərim Abbasov: “Bir də o verilişə getməyəcəm”

Müğənni Kərim Abbasov verilişlərə dəvət olunan ifaçıları tənqid edib. Miraj.az xəbər verir ki, o, “MTV maqazin”ə açıqlamasında bunları söyləyib:

“Bu gündən sonra özümü kimə, nəyə görə tanıtdırım? Bu yaxınlarda bir verilişə getdim, gördüm məni elə müğənnilərlə salıblar ki… Verilişin yarısından getdim. Özümə söz verdim ki, bir də o verilişə getməyəcəm. 20 ildir efirdəyəm, bundan sonra çıxsam, Hollivud dərəcəsinə çatacam? Sosial şəbəkə artıq inkişaf edib.

Efirdə ancaq “qıjı” oxuyanlardır. Haranı açırsan, onlardır. Səviyyəli, estrada oxuyanlar verilişlərdə yoxdur. Haranı açırsan “rakka-çıkka” oxuyanlardır. Pul alırlar, buraxırlar efirə. Gözəl oxuyanlarımız niyə yoxdur?”

Kərim Abbasov “hacı” söhbəti ilə gündəmə gələn sənət adamlarına ad çəkmədən söz atıb:

“Efirdə ombası yekə olanlar, sinəsini böyüdənlər, “hacı” söhbəti… O onun hacısını alır, bu buna hacısını verir. Biri deyir “hacım içəndir”, o biri deyir “mənim hacım yıxandı, vurandı”… Hacıların də pulu qurtarıb, istəmirlər artıq hacılıq etsinlər”.

Xatırladaq ki, bir neçə gün öncə müğənni Vəfa Şərifova “Həyat yoldaşım hacı deyil, hər gün vurandı” açıqlaması ilə gündəmə gəlmişdi.