Jerar Depardye Rusiya və Ukraynanı sülhə səslədi

Fransız aktyor Jerar Depardye Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı fikirlərini bölüşüb. Miraj.az xəbər verir ki, 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən aktyor, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Depardye Fransa mətbuatına açıqlamasında bunları söyləyib:

“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın.

Xatırladaq ki, Jerar Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın varlı vətəndaşlardan 75 faiz vergi tutmaq niyyətinə etiraz olaraq Rusiyadan vətəndaşlıq istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı bu ölkənin vətəndaşlığını və pasportunu almağa nail olub.