Müğənni İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzer ilə evliliklərinin ildönümü ilə bağlı paylaşım edib. Miraj.az xəbər verir ki, sənətçi münasibətlərinə bir çoxlarının inanmadığını açıqlayıb:
“İl 2001, yaşlarımız 21. Bir-birimizə ilk “salam”ı verdiyimiz tarix… 2003-cü il bu günlərin toxumunun səpildiyi il. 2009 münasibətimizin adını qoyduğumuz il. Həqiqətən biz bir-birimizi çox gözəl, məsafəli, səviyyəli, hörmətli sevdik. Sevgi hekayəmizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. “Bu iş olmaz” deyənlər çox oldu, amma iki könlü bir araya gətirən, ol deməsə, olmayan tək sevgilim öncə uca Allahdır. Mənim üçün bu həyatda hər şey odur. Həyatınızda sevdiyiniz nə varsa, bilin ki, yan-yana gətirən var. O istəyərsə olur, yoxsa, yarpaq belə qımıldamaz. Mənim sevgim ömürlükdür. Allah nə istəyərsə, o olur. Bilin istədim”.
Xatırladaq ki, İradə İbrahimova və Ceyhun İzer 2009-cu ilin aprelində ailə qurublar. Hazırda İstanbulda yaşayan cütlüyün iki övladı var.