İradə İbrahimova: “Bu fikrin hələ də dahiyanə olduğunu düşünürəm”

Türkiyədə yaşayan müğənni İradə İbrahimova qarşılaşdığı çətinliklərdən bəhs edib. Miraj.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Həyatda bəzi şeylərə gücümün yetmədiyini kiçik yaşlarımda öyrəndim. Çoxumuzun uşaq vaxtı ağlından “Pulu insanlar düzəldirsə, kəsib hamıya niyə paylamır?” keçirdiyini bilirəm. Bu fikrin hələ də dahiyanə olduğunu düşünürəm.

Məncə, hamımız həyatımızın bir çox məqamında dünyanı qurtarmaq həvəsinə düşürük. Bütün əziyyətlərə, ağrılara, problemlərə çarə olmaq, acları doyurmaq, sevgisiz qalanları qucaqlamaq istəyirik. Bir yandan da əsrlər öncə, dünyanın fərqli yerlərində, zamanlarda yaşamış, kitablar yazmış müdrik insanlar, nənə-babalarımız nəsihətlərində eyni şeyləri dilə gətiriblər. Dəyişdirə biləcəklərinizi dəyişdirməyə niyyət edin və dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin. Adam bəzən dünyanı qurtarmaq istəyərkən, sadəcə, yaşadığı günü qurtara bildiyinin fərqinə varır və məyus olur. Bir tərəfdən də hər şeyin keçəcəyini bilincə, Allaha inamın tam olunca, insanın içi çilçıraq kimi olur. Allah bütün insanlara arxa, kömək olsun”.