İlhamə Qasımova “10-da görüşək” proqramında söylədiyi fikirlərlə gündəmə gəlib. İfaçı plastik əməliyyatlardan danışıb:
“Hamı bu gün “copy-past” sifətdir. Plastik əməliyyata yaxşı baxıram, amma normal formada. Mənim gözümdə problem var, gözüstü əti kəsdirəcəm. Plastik cərrahiyə təhlükəlidir. Hansısa bir sinir bizi paraliç edə bilər. Bundan qorxuram. Amma gözətrafı normaldır, gözəlləşdirmək, üz formamı dəyişmək üçün yox, problemi aradan qaldırmaq üçün edirəm”.
İlhamə “Bəs, kişilərin plastik əməliyyat etməsi” sualına belə cavab verib:
“Xoşlamıram. Bilmirəm. Bəylərin qırışı da, mimikası da ona xarizma verir. Saçı düzəltməyi anlayıram. Saç töküləndə insan formadan düşür, əkdirə bilər. Üzə mezo və digər baxım edilə bilər. Amma dəyişmək, plastik əməliyat etməməlidir. Heç kimlə işim yoxdur, amma ətrafımda olan kişilərin etməsini istəmərəm”.