“İctimai” TV-nin baş direktoru vəzifəsinə seçki keçirilib. Miraj.az xəbər verir ki, Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib. Onlardan 9-u da Balakişi Qasımovun lehinə səs verib.
İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilmişdi. Bu posta adları aşağıda göstərilmiş 8 nəfər iddiaçı var idi:
Nəsirov Rəşad Barat oğlu
Məmmədzadə Tural Sahib oğlu
Həsənov Anar Bəybala oğlu
Abbasova Təranə Süleyman qızı
Qasımov Balakişi Ələkbər oğlu
Əliyev Ədalət İsaxan oğlu
Əlizadə Üzeyir Əli oğlu
Nağıyev Anar Əlişah oğlu
Yeri gəlmişkən bu gün Azərbaycan Prezidenti İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının yayım hüququnu “İctimai” TV-nin əldə etməsi üçün Prezidentin ehtiyat fondundan sözügedən şirkətə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minib.