İbrahim Borçalı: “Dərddən şəkər xəstəliyi tapmışam”

Müğənni İbrahim Borçalı səhhətində problem yarandığını bildirib. Miraj.az xəbər verir ki, sənətçi bu haqda “7 canlı” proqramında danışıb.

Onun sözlərinə görə, illərdir böyrəyində problem var:

“Tez-tez böyrəyimi təmizlətdirirəm. Çarəsi yoxdur. Böyrəyim anomaliyadır. O qədər güclü işləyir ki, daş istehsal edir. Deyiblər, bu sənlə yaşayacaq. Şəkər xəstəliyi tapmışam, dərddən. Dilimdə uyuşma olur, heç həkimə getmirəm”.

Xatırladaq ki, İbrahim Borçalı bir neçə il əvvəl oğlunu itirib. Rəhim avtomobil qəzasında dünyasını dəyişib.