Azərbaycanlı bloger Hüseyn Həsənov ötən gün gecə saatlarında Rusiyanı tərk edib. Miraj.az xəbər verir ki, bu, onun gömrük məntəqəsindəki kompüterdən çəkilən fotosundan sonra üzə çıxıb.
Hüseyn Həsənov isə sosial şəbəkədə video paylaşaraq “Bir neçə günlük atamın yanına gedib, qayıdacağam” sözlərini yazıb. O, istiqamət olaraq hara getdiyini isə açıqlamayıb. İddialara görə bloger hazırda Gürcüstandadır.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edilib. Ölkənin bir sıra şou-biznes nümayəndələrinə və tanınmış şəxslərinə hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib. Azərbaycanlı bloger səfərbərlikdən yayınması haqda iddialara da sosial şəbəkədə münasibət bildirib. O, “İnstagram”da hekayə bölməsində bunları yazıb:
“Sosial şəbəkədə paylaşdım ki, atamın yanına gedib, qayıdacağam. Mənim yaşadığım öz həyatım, planlaşdırılmış işlərim var. Bir neçə gün sonra qayıdacağam. Rusiyanı sevirəm”.
Daha sonra video paylaşan bloger lazım olduğu halda müharibəyə də gedəcəyini bildirib:
“Mənim iki vətənim var – Rusiya və Azərbaycan. Rusiya doğulduğum və yaşadığm yerdir. Özüm isə azərbaycanlıyam. Vətənimə lazım olsam, orada olacağam”.
Xatırladaq ki, Rusiyada ölkənin bir sıra şou-biznes nümayəndələrinə və tanınmış şəxslərinə hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.