Azərbaycanda mayın 30-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Mayın 30-da gecə və səhər saatlarında Lənkəran-Astara zonasından və dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq.