Azərbaycanda mayın 3-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər qısamüddətli bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Mayın 3-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.