Hava proqnozu: Mayın 29-da hava belə olacaq

Azərbaycanda mayın 29-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Mayın 29-da gecə və səhər saatlarında Lənkəran-Astara zonasından və dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq.