Azərbaycanda mayın 28-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq
Tibbi-meteoroloji proqnoz
Mayın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Mayın 28-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Goranboy-Tərtər, Goran-Naftalan, Gəncə-Kəlbəcər-Laçın, Xaldan-Mingəçevir, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Yevlax-Xocalı-Laçın, Xankəndi-Xocavənd, Laçın-Həkəri, Şuşa-Füzuli, Ucar-Zərdab-Ağcabədi, Füzuli-Cəbrayıl-Mahmudlu, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.