Hava proqnozu: Mayın 16-da hava belə olacaq

Azərbaycanda mayın 16-sı üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 16-sı gündüzdən 17-si səhərədək qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, 16-sı axşam yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.