Hava proqnozu: Martın 9-da hava belə olacaq

Azərbaycanda martın 9-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Mart ayının 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Martın 9-da gecə və səhər saatlarında Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şəki-Qax-Zaqatala, Qaraməryəm-Müsüslü, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Ağdərə, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.