Azərbaycanda martın 4-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mart ayının 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Avtomobil yollarında vəziyyət
Martın 4-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ələt-Astara, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Ağdərə, Ağdam-Füzuli-Horadiz, Naxçıvan-Ordubad, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Bəhramtəpə-Mincivan, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq.
Xəbərdarlıq!
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında martın 4-ü gün ərzində arabir yağış yağacağı gözlənilir. Martın 4-də cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, martın 5-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 3-dən 4-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı, martın 4-də bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, 5-də yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.