Azərbaycanda martın 25-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Avtomobil yollarında vəziyyət
Mart ayının 25-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.