Hava proqnozu: Martın 19-da hava belə olacaq

Azərbaycanda martın 19-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Mart ayının 19-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Avtomobil yollarında vəziyyət

Martın 19-da duman ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 100-500 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.