Azərbaycanda iyunun 1-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
İyunun 1-də gecə və səhər saatlarında dağlıq və dağətəyi ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-1000 m-dək məhdudlaşacaq.