Azərbaycanda iyunun 27-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
İyunun 27-də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.