Azərbaycanda iyunun 21-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyun ayının 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
İyunun 21-də cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.