Hava proqnozu: İyunun 16-da hava belə olacaq

Azərbaycanda iyunun 16-sı üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın bölgələrinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

İyunun 16-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyunun 15-i axşamdan 18-i səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s olacaq.