Azərbaycanda iyunun 10-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 10-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilirki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Avtomobil yollarında vəziyyət
İyun ayının 10-da gecə və səhər saatlarında Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-1000 m-dək məhdudlaşacaq.