Azərbaycanda iyulun 17-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
İyulun 17-də mülayim şimal küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir. Şimal-qərb küləyi 17-si axşamdan 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq.
Azərbaycanın bəzi rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir. Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.